ABŞ Tayvana 440 milyon dollarlıq silah-sursat və avadanlıq satacaq

ABŞ Tayvana 440 milyon dollarlıq silah-sursat və avadanlıq satacaq ABŞ Dövlət Departamenti ümumi dəyəri 440 milyon dollar olan iki sorğu çərçivəsində Tayvana sursat və avadanlıq satışına icazə verib.
Dövlət Departamenti ABŞ-də Tayvanın səfirliyi funksiyasını yerinə yetirən Taypey İqtisadi və Mədəniyyət Nümayəndəliyinə 332,2 milyon dollar dəyərində 30 millimetr kalibrlik sursat, o cümlədən avadanlıq, silah və tələb olunan proqram təminatı üçün 108 milyon dollarlıq ehtiyat hissələrin satışının mümkünlüyünü təsdiqləyib.
Pentaqon hesab edir ki, potensial satış Tayvana təhlükəsizliyi yaxşılaşdırmağa, həmçinin regionda siyasi sabitliyi, hərbi balansı və iqtisadi tərəqqini qorumağa imkan verəcək.

Tehsil-press.az




Oxşar xəbərlər