Zelenski Kiyevdə İspaniyanın Baş naziri ilə görüşüb

Zelenski Kiyevdə İspaniyanın Baş naziri ilə görüşüb Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüb.
Volodimir Zelenski İspaniyanın Baş nazirinə səfərinə və verdiyi dəstəyə görə təşəkkür edib.
Daha əvvəl İspaniya mətbuatı yazmışdı ki, P.Sançes Aİ Şurasına sədrliyi çərçivəsində ilk səfərini Ukraynaya planlaşdırır. Bu, P.Sançesin son aylarda ölkəyə ikinci səfəridir.
Ali Radanın deputatları qarşısında çıxışında Pedro Sançes vəd edib ki, ölkəsi lazım olan müddətdə Ukraynanı dəstəkləyəcək. O, həmçinin Ukraynaya 55 milyon avro dəyərində yeni yardım paketinin ayrıldığını açıqlayıb. Baş nazir vurğulayıb ki, vəsaitin bir hissəsi Ukrayna biznesinə, digər hissəsi isə respublikadakı məktəblərin təchizatına yönəldiləcək.
Qeyd edək ki, iyulun 1-dən İspaniya altı ay müddətinə Avropa İttifaqı Şurasına sədrlik edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər