BDU və Avrasiya Milli Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə

BDU və Avrasiya Milli Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında magistratura səviyyəsində imzalanmış biotexnologiya ixtisaslaşması üzrə ikili diplom proqramına qəbul imtahanı yeni tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
İkili diplom proqramında tədris rus dilində və iki il müddətində aparılacaq. Tədris ilinin I, IV semestrlərində təhsil BDU-nun Biologiya fakültəsində, II-III semestrlərdə isə L.N Qumilyov adına Avrasiya Milli Universitetində həyata keçiriləcək. Təhsil proqramını başa vurmuş tələbələr BDU və L.N Qumilyov adına Avrasiya Milli Universitetinin biotexnologiya ixtisaslaşması üzrə magistr diplomuna yiyələnəcəklər.

Tehsil-press.az




Oxşar xəbərlər