Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Türkiyənin Ege Universiteti arasında qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı təsdiqlənib.
Cari ilin sentyabr ayından proqramın icrasına başlanılacaq. Tələbələr iki il UNEC-də, iki il isə Ege Universitetində oxumaqla qida mühəndisliyi ixtisası üzrə hər iki ali məktəbin bakalavr diplomunu əldə edəcəklər.
İkili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi vasitəsilə aparılacaq. Abituriyentlər ixtisas seçimi zamanı qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramını seçə biləcəklər.
Qeyd edək ki, bu, UNEC tərəfindən həyata keçirilən 8-ci ikili diplom proqramıdır.
Tehsil-press.az