Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında magistratura pilləsində dəniz və enerji hüququ ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının ilk buraxılışı olub.
BDU-nun rektoru Elçin Babayev ikili diplom proqramının Qazaxıstandan olan məzunu Baiturbay Orynbassara diplomunu təqdim edib və ona uğurlar arzulayıb. Rektor qeyd edib ki, dəniz və enerji hüququ ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının məzunları dəniz və enerji ölkələri olan Azərbaycan və Qazaxıstanda bu sahələrin inkişafına töhfə verməklə yanaşı, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsində iştirak edəcəklər.
BDU və Qazax Milli Universiteti arasında magistratura pilləsində dəniz və enerji hüququ ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı 2020-ci ildə imzalanıb. Proqram çərçivəsində 8 nəfər təhsil alıb. Onlardan 6-sı azərbaycanlı, 2-si qazaxdır.
Tehsil-press.az