Azərbaycan Texniki və Ankara universitetləri ikili diplom layihəsi həyata keçirir

Azərbaycan Texniki və Ankara universitetləri ikili diplom layihəsi həyata keçirir Azərbaycan Texniki Universiteti (AzTU) və Ankara Universiteti arasında imzalanmış ikili diplom müqaviləsinə əsasən, 2022/2023-cü tədris ilində kompüter mühəndisliyi ixtisası üzrə ilk dəfə qəbul həyata keçiriləcək. Bu, AzTU və Ankara Universitetinin həyata keçirdiyi ilk ikili diplom layihəsidir.
Müqavilə Türkiyənin Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən təsdiqlənib.
Qeyd edək ki, AzTU və Ankara Universiteti arasında ikili diplom müqaviləsi ötən il imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər