Zelenski Kiyevin niyə F-16-lara ehtiyacı olduğunu açıqladı

Zelenski Kiyevin niyə F-16-lara ehtiyacı olduğunu açıqladı "F-16 qırıcı təyyarələri Ukrayna Silahlı Qüvvələrinə təkcə əks-hücum üçün deyil, həm də Odessadan dəniz yoluna nəzarət etmək üçün lazımdır”.
Bunu CNN-ə müsahibəsində Ukrayna lideri Volodimir Zelenski deyib.
“Bu gün ruslar bu dəhlizi əngəlləməyə başlasalar, bizim bu barədə deyəcək heç nəyimiz olmayacaq, lakin F-16-lar bizə bu dəhliz üçün müdafiə qurmaq imkanı verir”, - deyə Zelenski bildirib.
Prezident həmçinin qeyd edib ki, Ukrayna döyüş zonasında Rusiya Federasiyasının Aerokosmik Qüvvələri üzərində hava üstünlüyü əldə etməyi gözləmir.

Tehsil-press.az


Oxşar xəbərlər