Fransada yaşanan iğtişaşlardan və COVID-19 pandemiyasından sonra iqtisadi vəziyyət heç də arzuolunan deyil.
Müəllif xüsusi olaraq vurğulayır ki, Qərb ölkələri yalnız zəngin ərəb turistlərin hesabına öz iqtisadiyyatlarını və maliyyə vəziyyətlərini ayaqda saxlaya biliblər.
“Hamımız Fransanı bürüyən iğtişaşlar dalğasının şahidi olduq. İğtişaşların hərəkətverici qüvvəsi işsiz gənclər idi. Vandalizm, talançılıq milyonlarla dollar itkiyə səbəb oldu. Nəticədə Fransanın daxili işlər naziri ölkədə fövqəladə vəziyyət elan etməli oldu”, - müəllif xatırladır.
Yazıda qeyd olunur ki, bütün bu baş verənlərin fonunda Fransaya səfər edən ərəb turistlər ən bahalı hotellərdə yerləşir, dünya brendlərinin dəbdəbəli mallarına və geyimlərinə inanılmaz pullar xərcləyirdilər.
“Bir anlıq düşünün, əgər onların xərclədiyi pullar olmasaydı, indi Avropa ölkələrinin iqtisadi göstəriciləri hansı yerdə olardı?”
Müəllif hesab edir ki, hazırda Avropanın ən güclü iqtisadiyyata malik ölkələri - Fransa, İtaliya, Böyük Britaniya maliyyə çöküşü yaşayır.
“Bəs niyə ildə bir neçə dəfə Avropa dövlətlərinə səfər edən bu zəngin qəhrəmanlar iqtisadiyyatlarını xilas etdikləri Parisin, Romanın, Londonun qarşısına heç bir tələb qoymurlar?” - deyə müəllif yazısını sualla bitirir.
Tehsil-press.az