Ananın aldığı alimenti başqa məqsədlərə sərf etdiyi halda atanın alimentin müəyyən hissəsini uşaqların adına açılmış bank hesabına köçürülməsinin şərtləri, baxılması qaydası və xüsusiyyətləri müzakirəyə çıxarılıb.
Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın müzakirəsini zəruri edən “tutulan alimentin müəyyən hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair mülki iş var. İş kassasiya qaydasında baxılarkən müəyyən olunub ki, Ali Məhkəmənin Mülki kollegiyasında bir sıra məhkəmə tərkibləri alimentin bir hissəsini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə iddia icraatı qaydasında baxılmasını mümkün hesab ediblər. Mövcud məhkəmə təcrübəsində də alimentin tutulması barədə qətnamənin qanuni qüvvəyə minməsindən sonra alimentin 50%-dən artıq olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə aliment ödəyən tərəfin tələbinə iddia icraatı qaydasında baxılır. Digər yanaşma qeyd edilən məsələyə iddia icraatı qaydasında deyil, alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsi qismində icra icraatı qaydasında baxılmalı olması ilə bağlı olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qeyd edilən məsələni tənzimləyən maddi hüquq normasında aliment məbləğinin bir hissəsini uşağın adına açılmış bank hesabına köçürmək imkanı verilsə də, bu məsələyə hansı qaydada (iddia icraatı və ya icra icraatı) baxılması təsbit olunmayıb. İcra icraatı qaydasında baxılmasının tərəfdarları hesab edirlər ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, bu məsələyə baxılarkən aliment tutulmur və onun məbləği müəyyən edilmir. Yalnız alimentin hansı qaydada ödəniləcəyi müəyyən olunur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Odur ki, Ailə Məcəlləsinin 55.3-ci və MPM-in 231.1-ci maddələrinin qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyənin belə tələbinə məhkəmə qətnaməsinin icrası qaydasında baxılmalıdır. Fərqli vəziyyət alimentin tutulması barədə icraatda belə məsələ ortaya çıxarkən yaranır.
Belə ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Göründüyü kimi, mülki prosessual qanunvericiliyi ilə qətnamənin icra qaydası məhkəmə qətnaməsi qəbul edilərkən müəyyən oluna bilər. Belə olan halda, alimentin tutulması və ya tutulan alimentin məbləğinin artırılması iddiaları üzrə işə iddia icraatı qaydasında baxılarkən aliment ödəməli olan tərəfin belə tələbi (etirazı) olduğu halda, bu məsələyə hüquqi qiymət verilməklə, qətnamənin nəticə hissəsində öz əksini tapa bilər. Göstərilənlərlə yanaşı, belə işlərə baxan məhkəmələr tutulan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün əsas olan halları sübutetmə vəzifəsinin tərəflərin hansının üzərinə düşməsi, bunun meyarlarının müəyyən edilməsi və s. məsələlərdə müxtəlif mövqelərdən çıxış etmişlər. Belə ki, bir mövqe ondan ibarətdir ki, aliment məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunmaqla uşağın saxlanılması, tərbiyəsi və təhsili ilə bağlı xərclərin qarşılanması üçün nəzərdə tutulduğundan, tutulan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi imkanı, ödənilən alimentin uşağın qeyd olunan ehtiyaclarını tam qarşıladıqdan sonra artıq vəsaitin qaldığı və həmin vəsaitin uşağa deyil, başqa məqsədlərə sərf olunduğu halda mümkündür. Bu imkanın tətbiq oluna bilməsi baxımından sübutetmə vəzifəsi qeyd olunan hallarla bağlı olmaqla, bu vəzifə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq bunu iddia edən, yəni alimentin 50 faizdən artıq olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbini irəli sürən tərəfin üzərinə düşməlidir. Digər yanaşma isə ondan ibarətdir ki, alimentin bütövlükdə qanunla müəyyən edilmiş məqsədlərə sərf olunmasını sübutetmə vəzifəsi aliment alan tərəfin üzərinə düşür. Çünki, onun xərclənməsində bilavasitə alimenti alan iştirak etdiyindən məhz onun həmin məbləğin qeyd olunan ehtiyaclar üçün sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı olur.
Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı tərkibləri arasında tutulan alimentin müəyyən hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə baxılması ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından MPM-in 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib. Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2023-cü ilin sentyabr ayının 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir. Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ([email protected]) göndərilməlidir.
Tehsil-press.az