
Alimlər məktəbə getmək üçün ideal yaşı təyin ediblər.
Kembric Universitetinin professoru Devid Uaytbred şəxsi təcrübələrinə əsaslanmaqla 5-7 yaşlı uşaqlar üçün oyun əsaslı təhsilin formal təhsildən daha faydalı olduğunu bildirib. Professor bunu həmin yaşlarda uşaqların fiziki, sümük-əzələ inkişafının sonrakı onillikdə beyin hüceyrələrinin fəaliyyətinə təsir göstərməsi ilə əlaqələndirib. O, həmçinin qeyd edib ki, kiçik yaşlardan sosial bacarıqları inkişaf etdirmək uşaqların gələcəkdə təhsil və iş həyatına adaptasiyasını asanlaşdırır.
Tehsil-press.az