Fransada azyaşlılar 3 yaşdan məktəbə cəlb olunacaq
Fransada yeni tədris ilinin başlanğıcından icbari məktəbəqədər təhsilin yeni qaydaları tətbiq olunacaq. 3 yaşlılar üçün təhsil icbari olacaq. Təhsil islahatlarına müvafiq olaraq uşaqları 3 yaşdan başlayaraq ibtidai məktəbə hazırlayacaqlar. Körpələrə oxumaq, yazmaq, hesablamaq, xarici dillər öyrədiləcək, həmçinin onların leksik bilikləri inkişaf etdiriləcək.
Qeyd olunur ki, körpələrə oxumağa sevgini "Oxumaq və oxumağı öyrətmək" assosiasiyasının könüllüləri aşılayacaq. Onlar hər gün hazırlıq siniflərinə gələcək və icadan uşaqlara kitab oxuyacaqlar. "Fransanın milli təhsil xəbərləri" nəşrinin məlumatına əsasən, bəzi məşğələlər uşaqlarda diqqətin və həmsöhbətə qulaq asmaq bacarığının inkişafına həsr ediləcək.

Oruc MUSTAFAYEV