İtaliyanın paytaxtı Romada Aralıq dənizi və Afrikada qeyri-qanuni miqrasiyanın qarşısının alınması və inkişafı mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində keçirilən konfransda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan, həmçinin Tunis, Mavritaniya, Liviya, Kiprin dövlət başçıları, Liviya, Efiopiya, Misir, Malta, İordaniya, Nigeriya, Əlcəzair, Livanın Baş nazirləri iştirak edirlər.
İtaliyanın Baş naziri Ciorcia Meloni çıxış edərək deyib ki, bu konfrans Aralıq dənizi ilə Avropa arasında dialoq üçün böyük fürsətlər yaradır. O, qeyri-qanuni miqrasiya ilə mübarizə üçün birgə qətiyyət və əməkdaşlığa ehtiyac olduğunu da bildirib.
Ursula Fon der Lyayen isə qeyd edib ki, insan qaçaqmalçılarına qarşı təzyiqlər artmalı və onların qeyri-qanuni biznes modellərinə son qoyulmalıdır.
Tunis Prezidenti Kays Sayid vurğulayıb ki, son illərdə şimala doğru köç məhz əvvəllər şimaldan cənuba olan köçün və ya müstəmləkəçilik siyasətinin nəticəsidir.
Tehsil-press.az