İranda daha 67 nəfər koronavirusdan ölüb

İranda daha 67 nəfər koronavirusdan ölüb İranda ötən sutka ərzində 1 123 nəfər koronavirusa (COVID-19) yoluxub, 67 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 139 802 nəfərə, yoluxanların sayı isə 7 144 532 nəfərə çatıb. Virus daşıyıcılarından 1 816 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 837 721 nəfər koronavirusdan sağalıb, 48,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 146 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25,7 milyon təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər