"Müğənni mahnı hüquqlarını doğmalarına və övladlığa götürdüyü uşaqlara vəsiyyət etmək qərarına gəlib..."
"Madonna pula həris olan işbazlara onun obrazından istifadə etməyi qəti qadağan edib..."
Bu yaxınlarda öz malikanəsində huşsuz vəziyyətdə tapılan və təcilli reanimasiyaya yerləşdirilən məşhur amerikalı müğənni Madonna vəsiyyətnamə yazıb.
İnsayderlər iddia edir ki, o, mahnı hüquqlarını doğmalarına və övladlığa götürdüyü uşaqlarına vəsiyyət etmək və öz sədaqətli menecerinə minnətdarlıq etmək qərarına gəlib.
Madonnanın hitlərinə hüquqları məxsus olanlara on minlərlə dollar gəlir gətirə bilər, jurnalistlər qeyd edib.
İddia edilir ki, Madonna mahnı hüquqlarını altı övladı arasında bərabər bölüb. O, həmçinin öz sərvətinin müəyyən hissəsini öz meneceri Qay Osiriyə "yaxşı və pis zamanlarında yanında olduğuna" minnətdarlıq əlaməti olaraq vəsiyyət etmək istəyir.
Vəsiyyətnamənin ayrıca bəndi konsertlərin holoqramlarına aiddir. Bu texnika hələlik geniş yayılmayıb, lakin hər halda artist xanım belə manipulyasiyalara ciddi qadağa qoymaq qərarına gəlib.
"Madonna pula həris olan işbazlara onun obrazından istifadə etməyi qəti qadağan edir. O, bütün həyatını mədəni dəyərin dəstəyinə həsr edib. Onun özünün asan olmayan bütün karyerasının ləkələnməsinə yol verəcəyinə heç bir şans yoxdur", - bunu qəzetə anonim mənbə deyib.
Madonnanın altı övladı var, ikisi doğmadır, dördünü övladlığa götürüb. 38 yaşında dünya şöhrətli müğənni ilk körpəsini-özünün böyük qızı Lurdesi dünyaya gətirib. İkinci körpəsi, oğlu Rokkonu müğənni dörd il sonra, 2000-ci ildə dünyaya gətirib. O zaman o, Qay Riçi ilə qanuni nikahda olub.
Altı ildən sonra Madonna ilk körpəsini övladlığa götürüb, bu, qaradərili Devid Band olub. O zaman onun hələ 13 yaşı olub. 2009-cu ildə Madonnanın ailəsi sığınacaqdan daha bir körpəni övladlığa götürüb. Bu dəfə bu, Mersi Ceyms adlı qız olub. Devid kimi o da Malavidəndir.
2018-ci ilin fevralında ailədə eyni zamanda iki uşaq-Stella və Ester peyda olub. Onların anası həlak olub, atası isə təkbaşına qızları saxlaya bilməyib. Bacıları övladlığa götürmək üçün Madonna bir ay Malavidə yaşayıb ki, Ali Məhkəmə qəyyumluğu təsdiq etsin.
Xatırladaq ki, iyunun 24-də 64 yaşlı Madonna təcili surətdə Nyu-Yorkun xəstəxanalarının birinə çatdırılıb və bir neçə gün ərzində intensiv terapiya şöbəsində keşirib. Məlumata görə, müğənnidə ciddi bakterial infeksiya inkişaf edib.
Müğənninin meneceri Qay Osiri bəyan edib ki, sağlamlığında problemlərlə bağlı müğənni özünün musiqi karyerasının 40 illiyinə həsr edilmiş əvvəlcədən planlaşdırdığı qastrol turunu ləğv etməyə məcbur olub.
Tehsil-press.az