Madonna 19 milyon ödəyib onun evini aldı

Madonna 19 milyon ödəyib onun evini aldı Dünyaca məşhur pop ulduz Madonna Los-Ancelesdə yeni ev alıb.
Villanın əvvəlki sahibi müğənni The Weeknd-dir. 62 yaşlı sənətçi “Hidden Hills” bölgəsindəki lüks evə 19,3 milyon dollar ödəyib.
1100 kvadratmetrlik ərazidə tikilən villanın 9 yataq və 11 hamam otağı, 5 qarajı, idman zalı, kinoteatrı, hovuzu, şərab anbarı, basketbol meydançası var.
Madonnanın yeni qonşuları Dreyk, Dueyn Ueyd, Qabriel Yunion, Lil Ueyn, Con Steymos, Lori Enn Loklin və Cenner ailəsinin üzvləridir.

Tehsil-press.az



Oxşar xəbərlər