BMU tələbəsi magistratura təhsilini Böyük Britaniyada davam etdirəcək

BMU tələbəsi magistratura təhsilini Böyük Britaniyada davam etdirəcək Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının (tədris ingilis dilində) məzunu Könül İbrahimova magistratura səviyyəsi üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib.
O, magistr təhsilinə Böyük Britaniyanın Nyukasl Universitetində “Sustainable chemical engineering” istiqaməti üzrə davam edəcək.
2018-2019-cu tədris ilində BMU-nun kimya mühəndisliyi ixtisasına 605 balla daxil olan K.İbrahimova 2023-cü ildə bakalavriat səviyyəsini 94.09 ortalama müvəffəqiyyət göstəricisi ilə tamamlayıb.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclər müvafiq meyarlar və prosedurlara əsasən seçilir.

Tehsil-press.az



Oxşar xəbərlər