Xaricdə təhsil üzrə magistratura səviyyəsini seçən namizədlərə üstünlük veriləcək

Xaricdə təhsil üzrə magistratura səviyyəsini seçən namizədlərə üstünlük veriləcək “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda magistratura səviyyəsini seçən namizədlərə üstünlük veriləcək.
Bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, magistratura təhsili iki, bakalavr təhsili isə 4 ildir.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilib.

Tehsil-press.az

Oxşar xəbərlər