Bağçalara növbəyaratma prosesi bu tarixədək davam edəcək

Bağçalara növbəyaratma prosesi bu tarixədək davam edəcək Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək.
Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 658, bu təhsil müəssisələrində boş yerlərin sayı 55 382-dir:
“Məktəbəqədər təhsil müəssisələrinə müraciət edən yeni qeydiyyatçıların sayı 46 894, prioritetli - güzəşt olanların sayı isə 1 868 nəfərdir.
Avqustun 1-dən bu günədək ümumilikdə 42 073 uşaq üçün 53 212 növbə yaradılıb. Bildiririk ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür”.

Tehsil-press.az




Oxşar xəbərlər