Bakı şəhər DYPİ paytaxtda yük avtomobillərinin hərəkəti ilə bağlı məsələlərə münasibət bildirib.
Bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb.
Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir:
"Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir.
İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır".
Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.
Tehsil-press.az