Mask və Zukerberq arasında qəfəs döyüşünün keçiriləcəyi yer məlum oldu

Mask və Zukerberq arasında qəfəs döyüşünün keçiriləcəyi yer məlum oldu ABŞ-li milyarder İlon Mask "Meta" şirkətinin rəhbəri Mark Zukerberqlə qəfəs döyüşünün harada keçiriləcəyini açıqlayıb.
İtaliyanın baş naziri və mədəniyyət naziri ilə görüşdüyünü bildirən Mask döyüşün Qədim Romada olacağını vurğulayıb.
"Kamera çərçivəsindəki hər şey qədim Romadakı kimi olacaq, ona görə də müasir heç nə yoxdur. Mən İtaliyanın baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəldilər", - deyə Mask bildirib.
Belə ki, İlon Mask və Mark Zukerberq arasında döyüş avqustun 26-da keçirilə bilər.

Tehsil-press.az




Oxşar xəbərlər