Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayacaq

Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayacaq Litva hökuməti avqustun 18-dən Belarusla Tverecius və Sumskas sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib.
Litva Milli Radio və Televiziyasının (LRT) məlumatına görə, sərhədlərin tamamilə bağlanması ilə bağlı təfərrüatlar Polşada müzakirə olunacaq.
Litvanın daxili işlər naziri Aqne Bilotaite Baltikyanı ölkələr və Polşanın Belarusla sərhədlərini tamamilə bağlamaq imkanını müzakirə etdiklərini və detalların avqustun 28-də dəqiqləşdiriləcəyini bildirib.
Belarusla qalan dörd sərhəd keçid məntəqəsi, Medininkay, Lavoriskes, Raigardas və Salcininkay açıq qalacaq.

Tehsil-press.az



Oxşar xəbərlər