Polşa Belarusla sərhədin mühafizəsini gücləndirir

Polşa Belarusla sərhədin mühafizəsini gücləndirir Polşanın Sərhəd Mühafizəsi Müdafiə Nazirliyindən Belarusla sərhəddə əlavə min hərbçi yerləşdirməyi xahiş edib.
Bu İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əlavə əsgər qüvvəsinin cəlb edilməsi ilə bağlı müraciət sərhəddə baş verən bir sıra insidentlərdən sonra verilib. Hələ 2021-ci ildə Polşa qonşu Belarusu yüzlərlə miqrantı sərhədə doğru yönləndirməyə şərait yaratmaqda ittiham edirdi.
Nazir müavini Maçey Vasik mətbuat konfransında qeyri-qanuni miqrasiya cəhdlərinin Belarusun rəsmi qurumları tərəfindən dəstəkləndiyini də ifadə edib. Onun sözlərinə görə, belə bir dəstək olmazsa, sərhədi keçmək mümkün ola bilməz.
Polşa rəsmisi qeyd edib ki, ehtimal oluna bilən gərginlik sərhəd mühafizəsinə əlavə əsgərlərin cəlb edilməsini tələb edir.

Tehsil-press.az



Oxşar xəbərlər