“Litva sərhədini pozduğu üçün Belarusa nota verib”.
Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib. Onun sözlərinə görə, Litva ölkənin Avropa İttifaqı (Aİ) və NATO-dakı tərəfdaşlarını insidentlə bağlı məlumatlandırıb.
Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhədinin Mühafizəsi Xidmətinin məlumatına görə, 30-dan çox qanunsuz miqrantı müşayiət edən 12 belaruslu sərhədçi avqustun 17-si Litva sərhədini pozub.
İnsident baş verən ərazidə Litva sərhədçiləri də olub və onlar qanunsuz sərhəd pozuntusunun qarşısını alıb. Litva sərhədçiləri sərhədin pozulması ilə bağlı ikinci dəfə xəbərdarlıq etdikdə həmin qrup Belarus ərazisinə geri qayıdıb. Landsbergis həmin hadisənin lentə alındığını da vurğulayıb.
Tehsil-press.az