Sabahdan etibarən Polşanın Belarusla sərhəd keçid məntəqəsi bağlı olacaq. Buna səbəb polşalı jurnalistin bu ölkədə 8 illik həbs cəzası almasıdır
Bu haqda Polşanın daxili işlər naziri Mariuş Kaminski açıqlama verib.
Polşanın şimal-şərqindəki Bobrovnikidəki Polşa-Belarus sərhəd keçid məntəqəsinin “dövlət təhlükəsizliyi” səbəbilə sabahdan etibarən bağlanılacağını bildirib.
“Belarusda yaşayan polyaklara qarşı repressiyalardan məsul olan daha çox adamın adları ilə sanksiyalar siyahısını genişləndirmə təklifləri hazırlamağı tapşırmışam”,- nazir əlavə edib.
Qeyd edək ki, Polşaəsilli belaruslu fəal və jurnalist Anjey Poçzobut Belarusun milli təhlükəsizliyinə zərər vuran hərəkətləri təbliğ etmək, nasizmi bərpa etmək cəhdi və etnik ədavəti qızışdırmaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Tehsil-press.az