Yeni Ferrari Azərbaycanda

Yeni Ferrari Azərbaycanda Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olan aqrar sektorun yeni texnika və texnologiya əsaslı inkişaf etdirilməsi əsas hədəflərdəndir. Yeni texnika və texnologiyaların tətbiqi fermerlərin əməklərinin asanlaşdırılması ilə yanaşı məhsuldarlığın inkişaf etdirilməsinə müsbət təsir göstərməkdədir.
Hazırda dünya iqtisadiyyatının inkişafı üçün yeniliklərdən istifadə əsasında yeni bir paradiqma formalaşır. Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya şəraitində bu prosesləri gözardı edə bilməz və milli iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında innovativ proseslərin intensivləşməsini təmin etməlidir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursu da iqtisadiyyatın strateji əhəmiyyətli sektoru olan aqrar sahəni müasir tendensiyalara cavab verən keyfiyyətcə yeni texniki və texnoloji əsasda qurmağı hədəfləyir.
Ölkə başçımızın müəyyən etdiyi hədəflərin reallaşdırılmasına dəstək olmaq məqsədi ilə “Agroqurama” MMC İtaliyanın Ferrari kənd təssərüfatı texnikalarının Azərbaycana idxalına start verir.
Bağçılıq sahəsində ən yaxşı iş imkanlarına malik Ferrari Vvega v 95 sky jump və Ferrari Vega V 95 Dualsteer SDT texnikaları təqdim olunub.



Ferrari Vvega v 95 sky jump 20 düymlük ön təkər və arxa rezin tır-tırları ilə öz sinfində ikili sükan sistemi Dualsteer təchiz edilib. Kabinin 180 dərəcə dönməsi mexanizatorun istənilən istiqamətdə görmə imkanlarını genişləndirir.
Təqdim edilən traktor həm klassik traktorların rahatlığını və iş imkanlarını, eyni zamanda tır-tırlı texnikaların dayanıqlığının birləşməsini təmin edən unikal iş maşınıdır.
Aşağı ağırlıq mərkəzi və güclü mühərriklə birləşən misilsiz manevr qabiliyyəti onu dik yamaclarda, o cümlədən yan yamaclarda və adi traktorun işləyə bilmədiyi palçıqlı və ya rütubətli şəraitdə ekstremal vəziyyətlərdə işləmək üçün ideal edir.
Təklif edilən texnika dağlıq ərazilərdə üzüm və meyvə bağlarında işləmək üçün ən yaxşı seçimdir.
Ferrari Vega V 95 Dualsteer SDT modeli adi traktorların dartma performansını və izodiametrik traktorların manevr qabiliyyətini birləşdirən ixtisaslaşmış traktorlardır.
Unikal ikiqat sükan sistemi, qısa təkər bazası və aşağı ağırlıq mərkəzi Vega sdt Dualsteer, həm yamaclarda, həm də yan yamaclarında istifadə üçün ideal bir maşındır. Mühərrikin EGR sistemi ilə təchiz edilməsi azot oksidi emissiyalarını və yanacaq istehlakını azaltmağa imkan verir. Bu isə onu həm ətraf mühitin, həm də fermerin dostu edir.
Hər iki modelin təchiz edildiyi Dualsteer sistemi beynəlxalq səviyyədə patentləşdirilib və o həm aşağı, həm yüksək sürətlə idarəetmədə dayanıqlıq və etibarlılıq yaradır.
Ferrari traktorlarının təchiz edildiyi kabinlər də patentləşdirilib və o mexanizatorun görmə və işləmə imkanlarını maksimum təmin edir.
Kabinlərin xüsusi quruluşu imkan verir ki, o cərgələr arasında hərəkət edən zaman ağaclara ziyan vurmasın.
“Agroqurama” MMC fermerlərə Ferrari traktorlarını uyğun lizinq şərtləri və uzun müddətli istehsalçı zəmanəti ilə təklif edir.
Yeni dostunuzla tanış olmaq üçün əlaqə saxlayın:
Əlaqə: 050 212 44 05
Facebook: @Agroqurama
İnstagram : @Agroqurama
Youtube: @Agroqurama

Tehsil-press.az


Oxşar xəbərlər