Bakı küçələrində şütüyən bahalı avtomobillərin görüntüsü yayılıb.
Tehsil-press.az-ın baku.ws-ə istinadən məlumatına görə, “Lamborghini Aventador” və “Ferrari 458 Speciale” model avtomobillərin dövlət nömrə nişanları da avtomobillər qədər diqqət çəkir.
“Lamborghini Aventador” modelinin mühərriki 700 a.g.-dir. “Aventador” 100 km/s sürətini 2,9 saniyəyə yığır. Bu modelin qiyməti təxminən 650.000 dollardır (968 min AZN).
“Ferrari 458 Speciale” isə 458-cilər ailəsinin ən dinamik, güclü və idman modelidir. İki nəfərlik "Speciale" 605 a.g. və 540 Nm fırlanma anı hasil edən 8 silindrli 4,5 litrlik mühərriklə təchiz edilib. Bu mühərrik “Ferrari”nin bütün tarixi ərzində ən güclü atmosfer V8 mühərriki olmaqla bərabər, həm də xüsusi gücün (135 a.g./1 l) göstəricisi üzrə dünyada ən yaxşı yol atmosfer mühərrikidir. Bu mühərrik yüngül 458 Speciale (cəmi 1290 kq) modelinə 3 saniyə ərzində 100 km/saata qədər sürətini artırmağa, 325 km/saatdan çox maksimal sürət qazanmağa imkan verir.
“Ferrari 458 Special”e Avropa qiymətinin 330 000 dollardan (491 min AZN) az olmayacağı ehtimal edilir.
Tehsil-press.az