Donald Trampın “Ferrari”si 270 min dollara satıldı

Donald Trampın “Ferrari”si 270 min dollara satıldı ABŞ prezidentinin şəxsi avtomobili hərracda 270 min dollara satılıb. Təhsil-press.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, hərrac dünən Floridada “Auctions America” alqı-satqı meydançasında baş tutub.
Əvvəllər Donald Trampa məxsus olmuş “Ferrari F430” avtomobilinin hazırkı prezident tərəfindən 2007-ci ildə alındığı və indiyədək təxminən 3800 kilometr yol qət etdiyi bildirilir.
Hərrac təşkilatçılarından biri deyib ki, adətən, məşhur adamların sürdüyü bu cür maşınlara 200 min dollardan artıq pul vermirlər. Bu dəfə isə məbləğ proqnozları üstələyib.
Avtomobilin yeni sahibinin adı gizli saxlanılır.

Təhsil-press.az

Oxşar xəbərlər