Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin III kurs tələbəsi, Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Talib Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında II yerin qalibi olub.Bu dəfə T.Zeynalov 2 gümüş medal qazanıb.
İdmançı +107 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (160 kq) və ümumi çəkiyə görə (307 kq) buna nail olub.
Tehsil-press.az



