Türkiyə Prezidenti sentyabr ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək

Türkiyə Prezidenti sentyabr ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək.
Türkiyə Prezidenti sentyabrın 9-10-da G-20 liderlərinin Hindistanda keçiriləcək Zirvə görüşündə iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-21-də isə BMT Baş Assambleyası ilə əlaqədar ABŞ-a səfər edəcək. O, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə Prezidentinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl daşınması kimi mövzularda mühüm mesajlar verməsi gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər