
Bu barədə KXDR-in Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahı bəyanat yayıb.
“Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki KXDR vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”, - məlumatda qeyd olunub.
Agentlik xəbərdarlıq edib ki, qayıdanlar bir həftə karantin bölmələrində lazımi tibbi nəzarət altında olacaqlar.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkənin sərhədləri üç ildən çoxdur ki, bağlıdır.
Tehsil-press.az