“Sanksiyalara son qoyub Rusiyanı dünya bazarına qaytaracağam”

“Sanksiyalara son qoyub Rusiyanı dünya bazarına qaytaracağam” "Ukraynada müharibə nə qədər uzansa, bir o qədər aydın olur ki, yalnız bir qalib var: Çin. Mən Niksonun 1972-ci ildə etdiklərinin əksi olaraq Amerikanı realizmə aparacağam. 2025-ci ildə Moskvaya gedəcəyəm".
Bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Vivek Ramasvami deyib.
O, həmçinin Ukraynanın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanıyacağını bildirərək bir neçə iddialı fikirlər səsləndirib:
"Mən sanksiyalara son qoyacağam və Rusiyanı dünya bazarına qaytaracağam. Bu yolla Rusiyanı Şərqi Asiyada Çin dizaynlarına strateji maneə kimi qaldıracağam".
Qeyd edək ki, o, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddialılar arasında debatların birinci raundunun qalibi olub. Donald Tramp debatda iştirak etməyib.

Tehsil-press.az


Oxşar xəbərlər