“Rusiya Ukrayna qənnadi məmulatlarının Azərbaycan və Gürcüstan istiqamətinə tranzitini dayandırıb”.
Tehsil-press.az bildirir ki, bu barədə KİV-ə “Ukrkondrom” assosasiyasının prezidenti Aleksandr Baldınyuk məlumat verib. “Məhsullarımız bir aydan artıq Dağıstanın “Dərbənd” Gömrük Məntəqəsində saxlanıldıqdan sonra aprel ayının əvvəlində yenidən Ukraynaya qaytarılıb. Bu günlərdə isə Rusiya gömrüyündə bütün yüklər dayandırılıb. Gürcüstanla sərhəd olan “Lars” Gömrük Məntəqəsində də yükün həmin ölkəyə keçməsinə icazə verilməyib”,- deyə A.Baldınyuk əlavə edib. Onun sözlərinə görə, Rusiya gömrükçüləri Ukrayna mallarının ölkə daxilindən tranzitinə qadağanın sanitar qaydalara əməl olunmaması ilə bağlı olduğunu bildiriblər.
tehsil-press.az