NATO-nun Baş katibi: Bu mənim sonuncu səlahiyyət müddətimdir

NATO-nun Baş katibi: Bu mənim sonuncu səlahiyyət müddətimdir NATO-nun Baş katibi Yens Stoltenberq səlahiyyət müddətini daha uzatmaq fikrində olmadığını bildirib.
"Bəli, bu mənim sonuncu səlahiyyət müddətimin uzadılmasıdır", - deyə Baş katib vurğulayıb.
Qeyd edək ki, bu ilin iyulun 4-də NATO ölkələri Stoltenberqin səlahiyyətlərinin bir il - 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılığa gəliblər. Bu qərar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində ən yüksək səviyyədə təsdiq edilib. Bu, Stoltenberqin səlahiyyət müddətinin altıncı dəfə uzadılmasıdır. NATO Baş katibinin adi səlahiyyət müddəti dörd ildir. Norveçin keçmiş baş naziri bu kürsüyə 2014-cü il oktyabrın 1-də oturub. Beləliklə, onun 10 illik səlahiyyəti alyansa 13 il - 1971-ci ildən 1984-cü ilə kimi rəhbərlik etmiş hollandiyalı Yozef Lunsdan sonra NATO-nun tarixində ən uzun müddətdir.

Tehsil-press.az


Oxşar xəbərlər