Ağdam istiqamətində növbəti təxribatın qarşısı alındı

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alındı Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər