Liviyada şiddətli daşqınlar nəticəsində itkin düşənlərin sayı 10 min nəfərə yaxınlaşıb.
Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Tamer Ramazan bildirib.
Qeyd edək ki, sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Yağıntıların səbəb olduğu sel və daşqınlar 3 mindən çox insanın həyatına son qoyub. Ən acınacaqlı vəziyyət Derna şəhərində qeydə alınıb. Burada iki su bəndinin dağılması böyük fəsadlara səbəb olub.
Faciə ilə bağlı ölkədə üç günlük matəm elan edilib.
Tehsil-press.az