Məhkəmə Zurabişvilinin impiçmenti məsələsinə baxmağa başladı

Məhkəmə Zurabişvilinin impiçmenti məsələsinə baxmağa başladı Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxmağa başlayıb.
Bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
“Konstitusiya Məhkəməsinin plenumu həmin məsələyə baxacaq və bir ay müddətində rəyini parlamentə təqdim edəcək”, - məlumatda deyilir.
Xatırladaq ki, Prezident Salome Zurabişvili hökumətin razılığını almadan Avropaya səfər edərək bir sıra ölkələrin liderləri ilə görüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər