HTP çərçivəsində “MGIMO University”də təhsil alacaq şəxslərin adları təsdiqlənib

HTP çərçivəsində “MGIMO University”də təhsil alacaq şəxslərin adları təsdiqlənib 2023–2024-cü tədris ili üzrə Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MGIMO University) təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 5 nəfər Azərbaycan Respublikası vətəndaşı burada təhsil almaq imkanı qazanıb.
Seçim turları Dövlət İmtahan Mərkəzi və “MGIMO University” tərəfindən aparılıb. Tələbələrin 2-si bakalavriat, 3-ü isə magistratura səviyyəsində iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına qəbul edilib.
Təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələrin təhsil haqqı, yataqxana xərcləri Rusiya tərəfindən, aylıq təqaüd, yol xərcləri isə Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə aprelin 7-də elan verilmişdi.

Tehsil-press.az




Oxşar xəbərlər