2022-2023-cü tədris ili üzrə 149 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın və seçim barədə Macarıstan tərəfindən verilən yekun qərarın nəticəsi olaraq 8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “University of Debrecen” və “Budapest Business School - University of Applied Sciences” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 15 noyabr 2021-ci il tarixində yayımlanıb.
Tehsil-press.az