Azərbaycanın 200 vətəndaşı Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb

Azərbaycanın 200 vətəndaşı Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində (HTP) 2020-2021-ci tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.
Bu qurum ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 Azərbaycan vətəndaşı 2020-2021-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.
Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində müvafiq saziş üzrə 17 nəfər PhD (istənilən maraq dairəsində), 163 nəfər magistratura, 20 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ əldə edib. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, University of Szeged, “Eötvös Loránd University”, “University of Debrecen”, “University of Pécs” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 2019-cu il 25 noyabr tarixində elan verilib.

Tehsil-press.az

Oxşar xəbərlər