Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycanın Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında, 2019-2020-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilən müsabiqənin nəticələri elan edilib.
Nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.
Qalib namizədlər Rumıniyanın “University Oil Gas Ploiesti” və “University of Bucharest” ali təhsil müəssisəsilərində magistratura səviyyəsində mühəndislik və humanitar ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə bu ilin fevralın 27-də elan verilib.
Tehsil-press.az