Ukrayna səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb

Ukrayna səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb Ukraynanın Varşavadakı səfiri Vasili Zvariç Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Hadisə Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı olub.
Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Ukrayna nümayəndəsinə Zelenskinin “bəzi Avropa İttifaqı ölkələri həmrəylik nümayiş etdirərək, dolayı yolla Rusiyaya dəstək verir” sözləri ilə bağlı kəskin etirazını bildirib.
P.Yablonski münaqişənin ilk günlərindən Ukraynanı dəstəkləyən Polşaya münasibətdə belə bəyanatların ədalətsiz olduğunu vurğulayıb. “Beynəlxalq forumlarda Polşaya təzyiq göstərmək və ya beynəlxalq məhkəmələrə şikayətlər göndərmək ölkələr arasında mübahisələrin həlli üçün uyğun üsul deyil”, - deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, ötən həftə Polşa Avropa Komissiyasının qərarını yerinə yetirməkdən imtina edib və ucuz Ukrayna taxılının idxalına embarqonu uzadıb. Bu addımın polşalı fermerlərin maraqlarını qorumaq üçün atıldığını bildirib. Ukrayna buna cavab olaraq Ümumdünya Ticarət Təşkilatına şikayət edib və Polşadan alma, soğan və kələm idxalına embarqo tətbiq etməklə hədələyib.

Tehsil-press.az



Oxşar xəbərlər