Zelenski Polşadadır - Video

Zelenski Polşadadır - Video Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfər edib.
Bu barədə məlumatı Polşa Prezidentinin xarici siyasət üzrə müşaviri Marçin Pjidaç açıqlayıb.
Onun sözlərinə görə, Zelenski Polşa sərhədini keçib.
Ukrayna liderinin bu gün polşalı həmkarı Andjey Duda ilə görüşü, eləcə də ölkədə yaşayan ukraynalılara müraciəti gözlənilir.
Qeyd edək ki, bu, Zelenskinin müharibə başlayandan bu günə xaricə əvvəlcədən elan olunan ilk səfəridir.
15:13
Polşanın paytaxtı Varşavada Zelenski və xanımı Yelena Zelenskayanın rəsmi qarşılanma mərasimi keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər