ABŞ Polşaya iki mindən çox hərbçi göndərmək niyyətindədir

ABŞ Polşaya iki mindən çox hərbçi göndərmək niyyətindədir Vaşinqton Polşaya 2 mindən çox hərbçi göndərmək niyyətindədir.
Bunu Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox Polşa radiosunun efirində deyib.
“Biz amerikalı əsgərlərə ümid bağlayırıq və bu barədə danışıqlar aparılıb. ABŞ artıq bu günlərdə Şərqi Avropa üçün 8-8,5 min əsgərin göndəriləcəyini bəyan edib. Polşa əlavə olaraq təxminən 2,5 min amerikalı hərbçini gözləyir”, - deyə Pavel Solox bildirib.
Qeyd edək ki, son aylar Vaşinqton və Brüssel Moskvanı Ukraynaya müdaxiləyə hazırlaşmaqda ittiham edərək Şərqi Avropada mövcudluğunu gücləndirir.
Rusiya tərəfi isə bütün iddiaları rədd edərək, qoşun yerdəyişmələrini öz əraziləri daxilində apardıqlarını vurğulayır, həmçinin Ukrayna münaqişəsində iştirak etmədiklərini və heç bir razılaşmanı pozmadıqlarını xatırladır.

Tehsil-press.az


Oxşar xəbərlər