Fransanın aparıcı həmkarlar ittifaqları işçiləri ümummilli tətilə çağırıb

Fransanın aparıcı həmkarlar ittifaqları işçiləri ümummilli tətilə çağırıb Fransanın aparıcı həmkarlar ittifaqları - Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) bütün işçiləri oktyabrın 13-də ümummilli tətilə çağırıb.
“Biz hər yerdə işçiləri işəgötürənlərə təzyiq göstərmək üçün oktyabrın 13-də tətilə çıxmağa çağırırıq”, - deyə CGT rəhbəri Sofi Binet qeyd edib.
CFDT-nin baş katibi Marilize Leonun sözlərinə görə, oktyabrın 13-də “həddini aşmadan məsuliyyətlə hərəkət etmək lazımdır”.
Binet və Leon bildiriblər ki, əsas tələblər “maaşların artırılması, kişilər və qadınlar arasında əmək haqqı bərabərliyinin yaradılması” olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər