Fransanı yenidən etiraz nümayişləri bürüyür

Fransanı yenidən etiraz nümayişləri bürüyür Fransada həmkarlar ittifaqları “alıcılıq qabiliyyəti”, gender bərabərliyi” və “sərt iqtisadi vəziyyət”ə etirazlarının bildirmək üçün oktyabrın 13-də ümumi nümayişə çağırış edir.
Fransız həmkarlar ittifaqları Avropa Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülən aksiyaya qoşulacaqlarını bildirib. Fransa həmkarlar ittifaqlarının yaydığı kommünikedə bildirilir ki, oktyabrın 13-də nümayişlər bütün ölkəni bürüyəcək. Beləliklə, adətən daha çox Fransada baş verən etiraz nümayişləri bu dəfə bütün qoca qitəni - Avropanı bürüyəcəyi gözlənilir.
Maaşların, xüsusilə də minimum əməkhaqqının, eləcə də pensiya və sosial müavinətlərin artırılması ilə bağlı son aylarda səsləndirilən şikayətlər etiraz nümayişlərində prioritet olacaq. Təşkilatçılar ölkədə böyük qrup və şirkətlərin mənfəətinin son dərəcə artdığı vaxtda “istehsal olunan sərvətlərin daha ədalətli bölüşdürülməsini” tələb edirlər. Həmçinin dövlət və özəl sektorlarda işəgötürənləri danışıqlara çağırırlar. Həmkarlar ittifaqları 2017-ci ildə Emmanuel Makronun imzaladığı sərəncamlara, 2019-cu ildə qəbul olunan dövlət qulluğunun transformasiyası qanununa yenidən baxılmasını tələb edirlər.
Fransa həmkarlar ittifaqlarının nümayəndələri Avropa Həmkarlar İttifaqları Konfederasiyasının təşviq etdiyi səfərbərlik gününə hazırlaşmaq üçün sentyabrın ortalarında yenidən görüşməyi qərara alıblar.

Tehsil-press.az



Oxşar xəbərlər