Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının müdiri professor Valeh Baxşəli Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış edib.
V.Baxşəlinin “Dəyişən kütləli raket sisteminin mexaniki hərəkətinin dinamik analizi” (Dynamic analysis of the mechanical motion of a variable-mass composition rocket system) mövzusunda məruzəsi konqresin proqramına və məqalələr haqqında informasiya panelinə daxil edilib.
Professor, həmçinin yerli və xarici iştirakçılara universitetdə aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verib və sualları cavablandırıb.
Qeyd edək ki, Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələrdən – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.
Tehsil-press.az