Beynəlxalq Astronavtika Federasiyası 1951-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Federasiya hər il Beynəlxalq Astronavtika Konqresini keçirir. Seçiləcək hər hansı bir ölkəyə məxsus şəhər azı 2 il öncədən mərhələli müsabiqə yolu ilə ciddi dəyərləndirmə aparılaraq müəyyən edilir. Azərbaycan 50 il sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Prezident İlham Əliyev 2022-ci il fevralın 7-də Sərəncam imzalayıb. Bu il oktyabrın 2–6-da konqresin yenidən Bakıda keçirilməsi çox böyük əlamətdar hadisədir.
Bunu Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov söyləyib. O bildirib ki, Beynəlxalq Astronavtika Konqresi Bakıda ilk dəfə 1973-cü ildə oktyabrın 7-13-də keçirilib. Adətən konqres plenar iclaslar, mühazirələr və görüşlərdən ibarət olur. Konqresdə agentliklərin rəhbərləri və dünyanın kosmik agentliklərinin yüksək vəzifəli şəxsləri iştirak edirlər. Bakıda keçirilən ilk konqresin sonunda Azərbaycanın elmi-texniki potensialını nəzərə alaraq onun kosmik elm və tədqiqatlar üzrə fəaliyyətinin məqsədyönlü olacağı haqqında rəy verilmişdir. 1975-cü ildə Yerin kosmosdan öyrənilməsini özündə ehtiva edən “Xəzər” Elmi Mərkəzi yaradılıb. Qısa müddət sonra “Xəzər” Elmi Mərkəzi AMEA-nın tərkibində Təbii Sərvətlərin Kosmik Tədqiqatı İnstitutuna çevrildi. Keçmiş SSR miqyasında ilk dəfə olaraq akademik sistemdə elm-istehsalat birliyi formasında Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi yaradıldı. 1981-ci ildə bu institutun bazasında Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi, Azərbaycan müstəqillik qazandıqdan sonra isə 1992-ci ildə bu birliyin bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi təsis edilib. Agentlik 2003-cü ildə Azərbaycandan ilk təşkilat olaraq Beynəlxalq Astronavtika Federasiyasına üzv olub.
“2010-cu ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” təsis edilməsi ölkəmizin kosmik elm və texnologiya sahəsində inkişafına yeni nəfəs verib. Bu gün Azərbaycan iki rabitə və bir Yerin müşahidə peykinə sahibdir. Builki konqresdə Fizika İnstitutunun əməkdaşları da fəal iştirak edirlər. Belə ki, Beynəlxalq Astronavtika Federasiyası müxtəlif tədbirlər keçirir. Bunlardan biri 2023-cü il mayın 23-25-də Norveçin Oslo şəhərində təşkil olunacaq GLOC-2023 İqlim Dəyişikliyi üzrə Qlobal Kosmik Konfransdır. Fizika İnstitutunun “Geniş miqyasda su axınlarının alqoritmlərinin modelləşməsi” mövzusunda təqdim etdiyi məqalə konfransın Təşkilat Komitəsi tərəfindən qəbul edilib. Bu konfransda Fizika İnstitutunun əməkdaşları məruzə ilə çıxış edəcəklər. Eyni zamanda, Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə də dəyərləndirilməsi üçün məqalələr təqdim olunub. Qeyd edək ki, konqres haqqında Fizika İnstitutunda geniş təbliğat işi aparılıb, beynəlxalq tədbirin Təşkilat Komitəsi tərəfindən təqdim olunan bütün məlumatlar əməkdaşlarla paylaşılıb. Konqres haqqında daha geniş və dolğun məlumat yayılması məqsədilə institutda xüsusi seminar təşkil olunub. İnstitut əməkdaşları konqresə böyük maraq göstərirlər”, - deyə R.Rüstəmov qeyd edib.
Tehsil-press.az