AzTU-da keçirilən beynəlxalq konfrans yekunlaşıb

AzTU-da keçirilən beynəlxalq konfrans yekunlaşıb Azərbaycan Texniki Universitetində (AzTU) dekabrın 20-də “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı çərçivəsində “Süni intellekt” mövzusunda dəyirmi masa keçirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev süni intellekt fəlsəfəsində texnikanın rolu və fəlsəfi məqamları barədə fikirlərini bölüşüb. Rektor çıxışında beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb və təşkilat komitəsinə təşəkkür edib.
Tədbirdə təhsil eksperti Etibar Əliyevin “Süni intellektin fəlsəfəsi” və ATL Tech şirkətinin nümayəndəsi Ələkbər Vəlizadənin “Süni intellektin tətbiq imkanları” mövzularında çıxışları dinlənilib.
Daha sonra üç gün davam edən konfransın yekun toplantısı keçirilib. Toplantıda konfransın bəyannaməsi oxunub və müzakirə edilib.
Qeyd olunub ki, 6 bölmə üzrə təşkil olunan konfransa 315 məqalə təqdim olunub və elmi məqalələr toplu şəkildə çap olunub.
Tədbirdə bölmə iclasları rəhbərlərinin hesabatları dinlənilib və fərqlənən məqalələrin müəlliflərinə sertifikatlar təqdim edilib.

AzTU-nun Mətbuat Xidməti


AzTU-da keçirilən beynəlxalq konfrans yekunlaşıb

AzTU-da keçirilən beynəlxalq konfrans yekunlaşıb

AzTU-da keçirilən beynəlxalq konfrans yekunlaşıb

Oxşar xəbərlər