Gürcüstan Prezidentinin impiçmenti baş tutmayacaq

Gürcüstan Prezidentinin impiçmenti baş tutmayacaq Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayacaq.
Buna səbəb "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının 150 səsdən 100 səs ala bilməyəcək olmasıdır.
Qeyd edək ki, sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti buna razılıq verməyib.
Bu səbəbdən hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.

Tehsil-press.az




Oxşar xəbərlər