Gürcüstan Prezidenti etirazçıları dəstəklədi

Gürcüstan Prezidenti etirazçıları dəstəklədi Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə əhaliyə müraciət edəcək.
Müraciətin yaxın saatlarda baş tutacağı gözlənilir.
Həmçinin, Tbilisidəki mitinqlərə görə Gürcüstan Prezidentinin Nyu-Yorkdakı görüşləri ləğv edilib.
Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.
Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib.
Prezident xalqa müraciəti zamanı qeyd edib ki, qanun qəbul olunsa, ona veto qoyacaq:
“Bu gecə Rustaveli üzərində dayananlara müraciət edirəm. Mən Nyu-Yorkda, arxamda Azadlıq Heykəli ilə dayanmışam. Azadlıq Gürcüstanın həmişə uğrunda mübarizə apardığı simvoludur. Mən sizin yanınızdayam. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz".

Tehsil-press.az

Oxşar xəbərlər